Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonla da görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, o, Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını bildirib.
Ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün görülən işlər qeyd edilib. Azərbaycan və Tacikistanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi bildirilib.
Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin parlamentlər çərçivəsində də uğurla davam etdirildiyi qeyd olunub. Milli Məclisin sədri özünün Tacikistana, bu ölkənin Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin, Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanin Azərbaycana səfərlərini, keçirilən görüşləri xatırladıb.
Milli Məclislə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalandığını da vurğulayan S.Qafarova qanunverici orqanlarımızın bir sıra beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiklərini vurğulayıb.
Səfir İlxom Abduraxmon ölkəsinin dost Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və bu əlaqələri yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
06:15 / 19.01.2024
Səfir: “Tacikistan dost Azərbaycanla münasibətlərə böyük önəm verir”
Hazırda oxunan: Səfir: “Tacikistan dost Azərbaycanla münasibətlərə böyük önəm verir”
Hazırda oxunan: Səfir: “Tacikistan dost Azərbaycanla münasibətlərə böyük önəm verir”
174079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.