Azərbaycan və Slovakiya arasında hərbi sahədə müzakirələr aparılıb - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan və Slovakiya arasında hərbi sahədə müzakirələr aparılıb - FOTO/VİDEO

174036

Yanvarın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə slovakiyalı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.

Azərbaycanla Slovakiya arasında hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən R.Kalinak ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası ilə əlaqədar azərbaycanlı həmkarını təbrik edib.

Regionun ən güclü ordularından biri olan Azərbaycan Ordusu ilə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də müasir döyüş əməliyyatlarının öyrənilməsinin vacibliyini bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Sonda Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
 












Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin