Gürcüstanda müxalifət mitinqə çıxdı

Hazırda oxunan: Gürcüstanda müxalifət mitinqə çıxdı

1740

Qonşu ölkədə noyabrın ilk günü “qızmar” keçəcək.

Gürcüstanda “maskalı parlament seçki”sinin həqiqi sifəti dünən axşam saatlarında üzə çıxmağa başlayıb.

MSK-nın açıqlamasına görə seçki fəallığı 56,8 faiz olub. Səsvermə zamnaı 269 şikayət daxil olub, ciddi qanun pozuntusu qeydə alınmayıb.

Seçkilərdə ilkin eksitpoll açıqlamasına görə, dünən 51,3 faizlə Zurabişvilinin rəhbərlik etdiyi hakim “Gürcüstan arzusu” partiyası qalib gəlmişdi. Bu günkü MSK-nın səsləri 80 faiz hesablamalarından sonra, yenə də “Gürcü arzusu” 48.34 faizlə irəlidədir.

Bizim.Media-nın xəbərinə görə, “Mtavari arxi” eksitpolunun yaydığı məlumatda bildirilir ki, mojoritar qaydada seçki keçirilən dairələrin əksəriyyətində ikinci tur olmalıdır. Bu dairələrdə həm ciddi qanun pozuntuları aşkarlanmış, həm də namizədlər arasında baryeri keçən olmayıb. Növbəti tur 21 noyabra nəzərdə tutulub.

Mixail Saakaşvilinin rəhbəri olduğu müxalif “Vahid Milli Hərəkat” partiyasaı dünən gecədən səsvermənin nəticələrini tanımadığını elan edib. Digər müxalif partiyaları da millətçilərə qoşulacaqlarını elan ediblər. Tək “Vətənpərvərlər alyansı” bu prossesə qatılmayacağını bildirib.

Proporsionial qaydad keçirilən dairələrin bülletenləri isə hələ sayılma prossesindədir. “Vahid Milli Hərəkat” partiyasaı bazar günü üçün əzəmətli mitinq təşkil edəcəkləri haqda cəmiyyətə öz mesajlarını ötürüblər.

Tbilisidə noyabırın ilk günü heç də soyuq keçəcəyi görünmür. Əməkdaşlarımız hadisənin axarında müşahidə aparırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin