“İran ODLA OYNADI, nəticəsi AĞIR olacaq” – ŞƏRH 

Hazırda oxunan: “İran ODLA OYNADI, nəticəsi AĞIR olacaq” – ŞƏRH 

173925

SEPAH ötən gün qisas əməliyyatı həyata keçirdi: səhər saatlarında İraqda, Ərbildə ABŞ konsulluğuna, o cümlədən bir neçə digər yerə zərbələr endirdi, axşam isə Pakistanda “Ceyş ül-Ədl”in qərargahını vurduğunu açıqladı.İranın Pakistanı vurması isə təəccüb doğurdu. 

Görəsən, İran İslam ölkəsini vurub özünə qarşı çevirməklə nəyə nail olmaq istəyir?

Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, Pakistan artıq İrana nota verib. Bu, o deməkdir ki, İran odla oynadı və nəticəsi onun üçün ağır olacaq: 

“Pakistan İranı asan bağışlamayacaq. Pakistan nüvə dövlətidir, 212 milyon əhalisi var. Bu ölkənin əhalisi İranın əhalisindən iki dəfə çoxdur. Pakistanda İslam daha gözəldir, nəinki İrandakı fundamental İslam. İranın Pakistanı vurmağının səbəbini açıqlaya bilmir, anlaşılan deyil. Pakistan İrana hansısa problem yaradan bir dövlət deyil. Bu ölkə islam dövlətlərinə qarşı heç vaxt istifadə edilməyib, çünki icazə verməyib. 

Pakistanda seçkilər var.

Ola bilsin ki, indiki namizəd kimlərinsə ziyanınadır. Fikrimcə, İran bu tapşırığı kimdənsə alıb. Çünki bu ölkə özündən güclü dövlətə ilişməz. Pakistanı vurmaq səbəbinin arxasında hansısa siyasi maraqlar var. Amma hansı ölkənin maraqlarıdır, bunu deyə bilmərəm”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin