Dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Hazırda oxunan: Dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

173912

Yanvarın 17-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, iclası açan komitənin sədri Tahir Rzayev bildirib ki, 2023-cü il xalqımızın həyatında unudulmaz hadisələrlə əlamətdar olub.

Bildirilib ki, ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib, antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub, üçrəngli Bayrağımız Xankəndidə və işğaldan azad olunmuş bütün ərazilərimizdə ucaldılıb, Xankəndidə keçirilmiş hərbi parad xalqımızın qələbə sevincinə sevinc qatıb.

Tahir Rzayev qeyd edib ki, bugünkü iclasın gündəliyinə 4 məsələ daxil edilib. 2023-cü ilin payız sessiyası dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatı diqqətə çatdıran komitə sədri bildirib ki, ötən sessiyada komitənin 8 iclası keçirilib və 5 məsələ müzakirə olunub.
Hesabat nəzərə alındıqdan sonra komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı bildirilib ki, layihədə komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. Sonra komitənin iş planı təsdiqlənib.

Gündəliyin üçüncü məsələsi olan “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş"ə qoşulmaq haqqında Qanununun layihəsi barədə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Nəzrin Əliyeva məlumat verib.

O bildirib ki, 2015-ci il oktyabrın 9-da Cenevrədə keçirilmiş BMT-nin Konfransında imzalanmış Saziş 37 maddə və 3 əlavədən ibarətdir.

Sazişin əsas məqsədi ticarətə hər hansı maneənin qarşısını almaq üçün zeytun yağlarının, cecə zeytun yağlarının və süfrə zeytunlarının fiziki-kimyəvi və orqanoleptik xüsusiyyətləri ilə bağlı milli və beynəlxalq qanunvericilikdə vahidliyə nail olmaq, məhsulun keyfiyyətinə nəzarət, beynəlxalq ticarət və onun inkişafı, istehlakçı hüquqlarının qorunması və saxtakarlığın qarşısının alınması, beynəlxalq standartların gücləndirilməsi istiqamətində fəaliyyəti həyata keçirməkdir. Bu Sazişin müddəalarının tətbiqi məqsədilə Beynəlxalq Zeytun Şurası yaradılır.

Sonra iclasda “Qida təhlükəsizliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş) müzakirə olunub.

Qanun layihəsi barədə məlumat verən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Elşad Cəbrayılov bildirib ki, qanun layihəsinə təklif olunan dəyişikliklər, əsasən dəqiqləşdirmə xarakterli düzəlişləri ehtiva edir.
Qanunun 24-cü maddəsinə təklif olunan əlavədə deyilir ki, aparılan qiymətləndirmə nəticəsində qida obyektlərində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida obyektinin təsdiqindən imtina edilməsi barədə qərar qəbul edir.

Qanun layihəsi barədə çıxış edən deputatlar sənədin ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyətindən danışıblar.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin