Delimitasiya hansı illərin xəritəsi ilə aparılmalıdır? - VİDEO

Hazırda oxunan: Delimitasiya hansı illərin xəritəsi ilə aparılmalıdır? - VİDEO

173862

Prezident İlham Əliyevə ötən çərşənbə günü yerli telekanallara müsahibəsi zamanı ünvanlanan bütün suallarla yanaşı, ən maraqlı suallardan biri də Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin qarşıdan gələn delimitasiyası üsulları ilə bağlı olub. Ən əsası bu prosesin hansı xəritələr üzərində aparılmasıdır (Söhbət SSRİ Baş Qərargahının 1975-ci il və ADR-in 1918-1920-ci il xəritələrindən gedir).

Bizim.Media xəbər verir ki, bu barədə "Caliber.az"ın Youtube kanalının növbəti buraxılışında deyilir.

“İlham Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı səbəbindən əvvəllər gündəmdə olmayan bu mövzunun gündəmə necə çıxmasından danışıb. 

Prezident qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra yer kürəsində tamamilə yeni konfiqurasiya yaranıb, beynəlxalq vasitəçilərin əvvəlki təklifləri öz aktuallığını itirib. Hətta 2020-ci il dekabrın 12-də heç bir dəvət olmadan Bakıya səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin özləri də indi nə edəcəklərini tam başa düşməyiblər.

Dövlət başçısı onlara təklif edib ki, dəyişmiş şəraitdə heç olmasa yeni gündəmlərini, yeni vəzifələrini formalaşdırsınlar.

Lakin bir müddətdən sonra rəsmi Bakının özü öz təklifini irəli sürdü: sülh haqqında düşünmək, sülh sazişi layihəsi üzərində işləmək lazımdır”, - materialda qeyd olunur.​

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin