Xəbər verdiyimiz kimi, Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, Səməd Seyidov öz təəssüratlarını musavat.com-la bölüşüb:
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən Səməd Seyidovla bağlı SƏRƏNCAM
"Bu xəbəri ilk sizdən eşitdim. Mənim üçün gözlənilməz idi. 60 yaşa çatıram. Təbriklər almağa öyrəşməmişəm, işləməyə öyrəşmişəm. Mənim üçün əsas olan da budur".
Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sabah 60 yaşını qeyd edəcək.
Bizim.Media