Qərbin borcları ilə müharibə aparan Ukrayna küncə sıxışıb? – ŞƏRH 

Hazırda oxunan: Qərbin borcları ilə müharibə aparan Ukrayna küncə sıxışıb? – ŞƏRH 

173692

“Deputatlar səfərbərliyə cəlb edilməlidir”. 

Bu sözləri Ukraynanın xalq deputatı Mixail Tsumbalyuk deyib. 

“Bu gün 401 xalq deputatı var. Səfərbərliyə cəlb edilməyənləri - qadınları, himayəsində çox uşaq olan kişiləri, yaşı 60-dan yuxarı olanları kənara qoysaq, o zaman yüzə yaxın xalq deputatı səfərbər oluna bilər”, - deyə Tsumbalyuk bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kuleba: “Qərbin dəstəyi dayansa, Ukrayna kürəklə vuruşacaq” – VİDEO  


Bu təklif özü Ukraynadakı vəziyyətin gərginliyini ortaya qoyurmu? Ukraynada daxili mənzərə nə yerdədir?

Politoloq Tofiq Abbasov Ukraynaın perspektivini və müharibənin gedişatını Bizim.Media-ya şərh edib.

O bildirib ki, Ukrayna hakimiyyət orqanlarının fəaliyyəti ilə bağlı cəmiyyətdə çox böyük narazılıq var: 

“Ukraynanın bir çox ekspertləri, jurnalistləri bildirirlər ki, ölkənin siyasi rəhbərliyi tam səfərbərliyi təşkil etməkdə acizlik çəkir. Ölkə maksimum 20-30 faiz gücündə müharibə aparır. Vətən müharibəsidirsə, niyə ümumi səfərbərlik yoxdur? Ölkəni tərk edənlərin sayı niyə kifayət qədər çoxdur? Bəzi vətəndaşları zorla müharibəyə aparırlar və s. 

Bu, o deməkdir ki, dövlətin, hökumətin strukturları faktiki olaraq bu müharibənin təşkilində çox böyük boşluqlara yol veriblər. 

İkinci məqam odur ki, xaricdən yardımlar azalır.

Sözügedən deputat demək istəyir ki, guya millət vəkilləri də müharibəni dəstəkləyirlər və səfərbərliyə cəlb olunmaq istəyirlər. Bununla da indiki hakimiyyətin üzünü ağartmaq istəyirlər.

Ancaq Ukraynada ictimai fikir elə bir həddə gəlib çatıb ki, Zelenski başda olmaqla bir çox siyasi qurumlara inam azalıb. Bunun fonunda Ukraynanın müharibə aparması əbəsdir. Borcla müharibə aparmaq çətindir. Rusiyanın imkanları çox genişdir və müqayisəolunmaz dərəcədə Ukraynanı üstələyir. 
Ukraynanın strateji resursu tükəndiyi halda ölkənin imkanları sıfıra bərabər olur və müqavimət göstərmək cəfəng bir fikirə çevrilir. Ukrayna zamanında bu proseslərə mütəşəkkül yanaşsaydı, ölkənin daxilində səfərbərlik ab-havasını yaratsaydı, bugünkü vəziyyət hökm sürməzdi”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin