Fransadan ərazi bütövlüyümüzə qarşı növbəti TƏXRİBAT – FOTO 

Hazırda oxunan: Fransadan ərazi bütövlüyümüzə qarşı növbəti TƏXRİBAT – FOTO 

173207

Fransa ölkəmizə qarşı təxribatlarına davam edir. Bu dəfə Azərbaycanın ərazi bütövlüyünə zidd olan xəritə Parisdə nümayiş olunub.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Murad Axundov sosial şəbəkə hesabında foto paylaşıb.

Sözügedən fotoda Parisin mərkəzində yerləşən Bastiliya meydanında quraşdırılan lövhədə keçmiş separatçı rejimin ərazisi “Dağlıq Qarabağ” adı altında, yer adlarımız isə qondarma adlarla göstərilib.
Qeyd edək ki, bu Fransanın ərazi bütövlüyümüzə qarşı ilk təxribatı deyil. Bu ölkənin rəsmiləri Azərbaycanın suverenliyinin bərpasına qarşı olduqlarını hər zaman öz açıqlamaları ilə nümayiş etdiriblər. Bundan əlavə, Fransa bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan əlehinə qətnamələrin qəbulu üçün cəhdlər göstərib. Lakin rəsmi Parisin bu cəhdləri daim uğursuzluqla nəticələnib.

Görünür, siyasi və diplomatik arenada uğursuzluğa düçar olan Fransa bu cür ucuz variantlarla özünə təsəlli tapmağa çalışır.

Onu da xatırladaq ki, bir neçə gün öncə azərbaycanlı şair, maarifçi Xurşidbanu Natəvanın Evian-Le Ba şəhərindəki heykəli  də vandalizmə məruz qalmışdı.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin