"Prezident seçkilərində Azərbaycan mediası mühüm mənbə rolunu oynayacaq"

Hazırda oxunan: "Prezident seçkilərində Azərbaycan mediası mühüm mənbə rolunu oynayacaq"

173120

"Hesab edirəm ki, mediamızın seçkilərdə əsas rolu səsvermə prosesini obyektiv işıqlandırmaq, səsvermənin nəticələri ilə bağlı dəqiq informasiya təminatını həyata keçirməkdir". 

Bizim.Media xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan mediasının rolundan danışarkən deyib. 

Jurnalist əlavə edib ki, bu seçkilər tarixi əhəmiyyətli hadisə olacaq: 

"Bildiyiniz kimi, fevral ayının 7-də Azərbaycanda çox mötəbər hadisə baş verəcək və ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə ən mühüm məqam müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki prosesinin respublikanın bütün ərazisində keçirilməsidir. Bu seçkilər tarixi əhəmiyyətli hadisə olacaq, eyni zamanda, ərazi bütövlüyümüz və suverenliyimizin təsbitidir".

Media kapitanı qeyd edib ki, Azərbaycan mediası prezident seçkilərində təkcə ölkə daxilində informasiya təminatını həyata keçirməyəcək, həm də beynəlxalq media resursları üçün mənbə rolunu oynayacaq: 

"Bilirsiniz ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda Prezident, parlament və bələdiyyə seçkiləri, o cümlədən, referendum keçirilib. Bu dövr ərzində sözügedən seçkiləri izləyən mediamızın və jurnalistlərimizin zəngin təcrübəsi formalaşıb. Bununla yanaşı, mediamız hazırda peşəkarlıq baxımından da xeyli inkişaf edib. Hətta, bir çox xarici ölkələrdə keçirilən seçkilərdə jurnalist müşahidəsi aparırlar.
Əminəm ki, bütün bu amillər mediamıza gələn ay baş tutacaq prezident seçkilərinin qanunvericilik çərçivəsində işıqlandırmağa imkan verəcək. Azərbaycan mediası Prezident seçkilərində təkcə ölkə daxilində informasiya təminatını həyata keçirməyəcək, həm də beynəlxalq media resursları üçün mənbə rolunu oynayacaq. Bu baxımdan, seçkilərin qanunvericilik çərçivəsində işıqlandırılması və şəffaf informasiya axınının təmin edilməsi üçün mediamızın üzərinə ciddi iş və məsuliyyət düşür". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin