Fikrət Sadıxov: “Diversantları tələb və şərtsiz yola salmaq düzgün olmazdı” – Şərtlərə GƏLİNCƏ...

Hazırda oxunan: Fikrət Sadıxov: “Diversantları tələb və şərtsiz yola salmaq düzgün olmazdı” – Şərtlərə GƏLİNCƏ...

17301

“Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Öhdəliklərinə uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Rusiyanın iki diyarını parçalamaq istəyir... – ARAŞDIRMA


Mövzu ilə bağlı politoloq Fikrət Sadıxovun fikirlərini öyrəndik. Saytımıza verdiyi müsahibəyə “yaranmış belə bir vəziyyətdə diversantların geri qaytarılması hələlik gündəmdə yoxdur və görünən məsələ deyil.

Çünki Ermənistanın özü bir sıra şərtlərə əməl etmir” sözləri ilə başlayan politoloq bildirdi ki, Ermənistan üçtərəfli sazişdə İrəvanın üzərinə düşən bəndləri yerinə yetirmək istəmir: 

“Mən kommunikasiyaları nəzərdə tuturam. Orada ermənilərin Qarabağa qaytarılması və s. məsələ var. Söhbət ondan gedir ki, Ermənistan sözügedən əsgərləri sülh yaranandan sonra (10 noyabr, 2020) göndərdiklərini etiraf etməlidir. Çünki ermənilər bütün tədbirlərdə bəyan edirlər ki, guya saxlanılan diversantlar hərbi əsirlərdir.

Axı bunlar hərbi əsirlər deyil. Əgər onlar diversiya, terrorla məşğul olurlarsa, bunları necə hərbi əsir hesab edək? 

Digər tərəfdən, Ermənistan bunu etiraf edəndən sonra bir sıra tələb və şərtlərə əməl etməlidir. Mən üçtərəfli sazişin bəndlərini nəzərdə tuturam. Bütün bunlardan sonra hansısa bir yol tapıla bilər. Amma həmin diversantları heç bir tələb və şərtsiz yola salmaq düzgün olmazdı.

Nazirimiz də düz deyib ki, Azərbaycanın torpağında Ermənistanın hərbi əsirləri yoxdur və biz bütün əsirləri rəsmi şəkildə qaytarmışıq.

Ermənilərin Azərbaycana qarşı səsləndirdiyi guya “biz kiməsə işgəncə verir və kimlərisə əsir saxlayırıq” kimi ifadələr reallıqdan uzaqdır. 

Biz bu mövqedə qalaraq ermənilərin bəzi şərtləri yerinə yetirməsini tələb etməliyik. Vəssəlam”,- deyə Fikrət Sadıxov fikrini yekunlaşdırdı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin