Dövlət, hakimiyyət orqanları, bələdiyyə qurumlarının təşviqatla məşğul olması qadağandır.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
O, səsvermə hüququnun olmadığı vətəndaşların da təşviqatla məşğul ola bilmədiklərini bildirib:
"18 yaşına çatmamış vətəndaşlar təşviqatla məşğul ola bilməzlər. Çünki aktiv seçki hüququ 18 yaşdan sonra əldə olunur".
Qeyd edək ki, Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:56 / 11.01.2024
Seçkilərdə hansı dövlət qurumlarının təşviqatla məşğul olması QADAĞANDIR? – MSK rəsmisindən AÇIQLAMA
Hazırda oxunan: Seçkilərdə hansı dövlət qurumlarının təşviqatla məşğul olması QADAĞANDIR? – MSK rəsmisindən AÇIQLAMA
Hazırda oxunan: Seçkilərdə hansı dövlət qurumlarının təşviqatla məşğul olması QADAĞANDIR? – MSK rəsmisindən AÇIQLAMA
172920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.