"Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə, gənc, müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər".
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI
"2003-cü ildə 1993-cü ildə əsası qoyulmuş siyasətə bir daha dəstək verildi və hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxmışdı" - deyə dövlət başçısı vurğulayıb.
Bizim.Media