İlham Əliyev: “Danışıqları elə aparırdıq ki, minimum xarici təzyiqlə üzləşək”

Hazırda oxunan: İlham Əliyev: “Danışıqları elə aparırdıq ki, minimum xarici təzyiqlə üzləşək”

172826

“Biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada əlverişli görünə biləcək hansısa nailiyyət dalınca qaçmaq lazım deyil”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI


“Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsin. Bax, əsas məsələ bu idi”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin