Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən  irəliləyiş var.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə keçirdiyi mətbuat konfransında deyib.
“Bəli, deyərdim ki, biz Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından müəyyən geriləmə, eyni zamanda bir sıra digər sahələrdə müəyyən irəliləyiş görürük.
Ölkələr qarşılıqlı ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlıq tələb olunan məsələdir. Və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir", - Mirzoyan bildirib.
O qeyd edib ki, delimitasiya prosesi illər çəkə bilər, lakin sülh müqaviləsində prosesin aydın səbəbləri göstərilməlidir. 
Onun sözlərinə görə, bu iki məsələdə hər hansı qeyri-müəyyənlik gələcək təcavüz və eskalasiya üçün əsas ola bilər.
Bizim.Media
 

- A-
- A
- A+
Siyasət
							12:40 / 10.01.2024
							
						Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində irəliləyiş var - Mirzoyan
						
							
								Hazırda oxunan: Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində irəliləyiş var - Mirzoyan							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində irəliləyiş var - Mirzoyan							
						172760
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































