ABŞ səfirliyi Respublika Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
MÖVZU İLƏ BAĞLI:
Perinatal Mərkəzdən təxliyyə görüntüləri yayıldı - FOTO/VİDEO
"Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - bildirilib.
Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində hadisə yerində 4 körpənin meyiti aşkarlanıb, 60 nəfər təxliyə olunub.
Bizim.Media