Prezidentliyə nаmizədin qeydə alınması üçün sənədlərin təqdim edilmə müddəti YEKUNLAŞDI

Hazırda oxunan: Prezidentliyə nаmizədin qeydə alınması üçün sənədlərin təqdim edilmə müddəti YEKUNLAŞDI

172526

Prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb.

Bizim.Media xəbər verir ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb və bu il yanvarın 8-i saat 18:00-dək davam edib.

Qeyd edək ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

MSK hazırki ana qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.
Xatırladaq ki, Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin