Qərbdə BÖYÜK PARÇALANMA – Avropanın öz ordusunu yaratmaq planının PƏRDƏARXASI 

Hazırda oxunan: Qərbdə BÖYÜK PARÇALANMA – Avropanın öz ordusunu yaratmaq planının PƏRDƏARXASI 

172467

Son günlər Avropa ölkələrində köhnə qitənin öz ordusunun yaradılması ideyası yenidən gündəmə gəlib. Əvvəllər bu təkliflə əsasən müxalifətdə olan siyasilər çıxış edirdisə, artıq iqtidar təmsilçiləri də anoloji fikirlər səsləndirməyə başlayıblar. 

Belə ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani “La Stampa” qəzetinə müsahibəsində Avropa İttifaqının sülhün qorunması və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək vahid ordusunun yaradılmasını vacib hesab edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin XƏYANƏTİ – Avropa Ukraynanı yarı yolda buraxır…


Onun sözlərinə görə, Avropanın müdafiə sahəsində daha sıx əməkdaşlığı yolunda platforma qurulması partiyası üçün əsas prioritet sayılır.

“Əgər biz dünyada sülhməramlı missiyanı yerinə yetirmək istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu, Avropa Birliyinin effektiv xarici siyasətini həyata keçirə bilməsi üçün fundamental şərtdir”, - deyə Antonio Tayani bildirib.

Xatırladaq ki, Avropa İttifaqının ordusunun yaradılması ideyası ilk dəfə deyil ki, səslənir. Artıq uzun illərdir ki, məsələ gündəmdədir. Amma bu günə qədər həmin ideya sözdən o yana keçməyərək, gerçəkləşməyib. 

Avropanın öz ordusunu yaratmaq fikrinin arxasında görəsən hansı niyyətlər dayanır?

Bizim.Media-ya açıqlamasında politoloq Əziz Əlibəyli bildirir ki, Aİ-nin öz ordusunu yaratmaq niyyəti müstəqilliyə can atmaq məqsədlərindən qaynaqlanır:

“Avropa ordusu yaratmaq ideyasının müəllifləri zamanında almanlar və fransızlar olub. Avropa ordusunu yaratmaq “Avropa Birləşmiş Ştatları”nı yaratmaq ideyasının bir hissəsi olub. Amma Avropanın müasir vizionu və siyasi arxitekturası Qərblə Şərq, daha dəqiqi ABŞ-la Çin, Rusiya coğrafiyası arasında bufer zona xarakteri daşıyır. Bu da İkinci Dünya Müharibəsinin nəticələrində özünü göstərir. 

ABŞ-la Rusiya indi də Ukraynada bir-birilə savaşırlar. Hansı ki, bu savaşda demək olar Avropanın bütün ölkələri də iştirak edir. Bu kimi ideyanın ortaya atılmasının arxasında öz ordularının olması fonunda müstəqil olmağa can atmaq və ikinci qüvvə olaraq dünyaya diqtə etmək niyyətləri dayanır.

Amma Avropa heç zaman güc olmayacaq, xüsusən də hərbi mənada. Avropanın hərbi gücünü Amerika əvəz edir.

Ona görə də ABŞ buna imkan verməyəcək. Rusiya da bunun marağında deyil. İki nəhəng qlobal güc arasında qalan Avropanın iqtisadi baxımdan birlik yaratmaqdan başqa uğuru ola bilməz”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin