Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır.
Bizim.Media xəbər verir ki, Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, səsvermə gününə azı 30 gün qalanadək seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması təmin edilməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət yanvarın 8-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:06 / 06.01.2024
Prezident seçkiləri ilə əlaqədar xaricdə seçki məntəqələrinin yaradılması müddəti BAŞA ÇATIR
Hazırda oxunan: Prezident seçkiləri ilə əlaqədar xaricdə seçki məntəqələrinin yaradılması müddəti BAŞA ÇATIR
Hazırda oxunan: Prezident seçkiləri ilə əlaqədar xaricdə seçki məntəqələrinin yaradılması müddəti BAŞA ÇATIR
172193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.