Naxçıvana təyin olunan Baş konsul iş planını İran XİN başçısına təqdim etdi

Hazırda oxunan: Naxçıvana təyin olunan Baş konsul iş planını İran XİN başçısına təqdim etdi

171951

Bu gün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına təyin edilmiş yeni Baş konsulu Əziz Mənsurini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Görüşdə Abdullahian İran ilə Azərbaycan arasında qonşuluq siyasəti çərçivəsində əlaqələrə toxunaraq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir bu xüsusda diplomatik nümayəndəliklərin əhəmiyyətini xatırladıb.
Mənsuri yeni vəzifəsi ilə bağlı iş planını nazirə təqdim edib.

Qeyd edək ki, Əziz Mənsuri bundan əvvəl İran XİN-də çoxtərəfli maliyyə-kommersiya, enerji və nəqliyyat əməkdaşlığı departamentinin rəhbəri vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin