“Aleksandr Dümanın heyran olduğu Natəvanın abidəsinin sökülməsi biabırçılıqdır”.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə fransalı məşhur jurnalist, Fransanın “La Gazette du Caucase” onlayn qəzetinin baş redaktoru Jan-Mişel Brun özünün “X” sosial şəbəkəsində Azərbaycanın məşhur şairəsi Xurşidbanu Natəvanın heykəlinin sökülməsi xəbərinə münasibət bildirərkən vurğulayıb.
O, qeyd edib ki, bu qərardan sonra Volter və Zolya məzarlarında fırlanırlar.
Xatırladaq ki, dekabrın 22-də Evian-les-Ba bələdiyyəsinin Natəvanın şərəfinə ucaldılan abidənin sökülməsi ilə bağlı Azərbaycan mədəniyyətinə düşmən qərar qəbul etdiyi barədə məlumat yayılıb.
Həmçinin həmin gün məlum olub ki, şəhərdə “Azərbaycan parkı”nı qeyd edən bütün lövhələrin götürülməsi barədə qərar qəbul edilib.
Bizim.Media