“Mənim ailəmin Azərbaycana bağlılığının çox böyük tarixçəsi var. Belə ki, Böyük Vətən Müharibəsi zamanı atam da çoxları kimi könüllü cəbhəyə yollanıb. Sevastopol uğrunda gedən döyüşlərdə atam ölümcül yaralanıb. Onun həyatını qafqazlılar xilas edib.
Onu əvvəlcə gəmi ilə Soçiyə, ordan Bakıya gətiriblər. Və burada yerli həkimlərin səyi nəticəsində atam ölümün pəncəsindən xilas edilib. Atam müharibədən sonra 40 il yaşadı və müəllim işlədi. Amma qalan həyatı üçün hər zaman özünü azərbaycanlılara borclu bildi.
Tez-tez Bakıda keçən günlərini xatırlayır, bizə və şagirdlərinə bu cənub şəhərindəki gözəl insanlar barədə həvəslə danışardı. Bakı atam üçün möcüzələr şəhəri idi. Bu möcüzəni yaradanlarsa azərbaycanlılar idi. Mən sonrakı həyatımda bunu şəxsən gördüm və şahidi oldum”.
Bu fikirləri Yeni il münasibəti ilə “Moskva-Baku.ru” saytına müsahibə verən Rusiya Kommunist Partiyasının sədri, deputat Gennadi Züqanov səsləndirib.
O, bildirib ki, mən ilk dəfə Volqoqradda olanda yerli sakinlər mənə maraqlı faktlar söylədi:
“Bildirdilər ki, Hitler faşizminin əsas hədəfi Volqoqradı ələ keçirtmək idi. Çünki, o zaman müharibədəki texnikanın istifadə etdiyi yanacağın 80 faizi Bakıdan göndərilirdi. Almanlar da çalışırdı ki, bu nəqliyyat dəhlizini kəsmək üçün Volqoqradı ələ keçirsinlər. Əgər almanlar bu istəklərinə nail olsaydılar, onda biz bu gün başqa reallıqları yaşayardıq. Ona görə də mən də atam kimi hər zaman azərbaycanlıları böyük hörmət və ehtiramla xatırlayıram”.
Gennadi Züqanov Azərbaycanın böyük oğlu Heydər Əliyevlə birgə çalışmasını özünün ən böyük uğurlarından biri hesab edir:
“Sovetlər dönəmi vaxtı mən SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevlə tez-tez ünsiyyətdə olurdum. Onun dəyərli fikirlərini öyrənirdim. Mən dəfələrlə onun rəhbərliyi ilə Qurultaylar Sarayında keçirilən ali dövlət tədbirləri üçün məruzələr hazırlamışam. İşdə yaranan səmimi münasibət sonradan dostluğa çevrildi. Sonuncu dəfə mən Heydər Əliyevlə 90-cı illərin sonuna yaxın Strasburqada görüşdüm. O zaman həm də İlham Əliyevlə tanış olmaq fürsəti qazandım. Mən çox şadam ki, həm Heydər Əliyev, həm də İlham Əliyev Rusiya ilə dostluq münasibətinin qorunub saxlanması üçün böyük xidmətlər göstəriblər. Məhz onların səyi nəticəsində bu gün Azərbaycan-Rusiya münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Mən sonuncu dəfə Bakıda Birinci Avropa Oyunları zamanı olmuşam. Və Bakıda gördüklərim məndə dərin və gözəl təəssürüt yaradıb. Mən inanıram ki, Azərbaycanla Rusiya arasındakı dostluq münasibətləri 2024-cü ildə yeni zirvələrə daşınacaq. İki dost ölkə qlobal və müasir çağırışlar istiqamətində birgə böyük addımlar atacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:30 / 03.01.2024
Gennadi Züqanovun Azərbaycana heyranlığının səbəbi nədir? - AÇIQLAMA
Hazırda oxunan: Gennadi Züqanovun Azərbaycana heyranlığının səbəbi nədir? - AÇIQLAMA
Hazırda oxunan: Gennadi Züqanovun Azərbaycana heyranlığının səbəbi nədir? - AÇIQLAMA
171851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.