“Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda qarşıdurmalar baş verərsə, Paşinyana kömək edəcəyinə söz verdi. Qarabağda isə özün mübarizə apar! ”.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Telegram kanalında yazıb.
“Əgər Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın prezident Vladimir Putinə Qarabağa Rusiya qoşunları göndərməsi və ya uçuşsuz zona tətbiq etməsi xahişi ilə bağlı müraciətinə cavab bəyanatını diplomatik dildən məişət dilinə tərcümə etsək, görərik ki, Rusiya XİN Paşinyana nəzakətli şəkildə yox deyib. Niyə? Bu sadədir. Çünki Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır!”- deyə İ.Korotçenko bildirib.
O, əlavə edib ki, Rusiya beynəlxalq hüquqa hörmət edir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Xatırladaq ki, bu gün Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın "təhlükəsizliyinin təmin edilməsində" yardım göstərilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda Rusiyanın qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə İrəvana lazım olan bütün köməyi göstərəcəyi vurğulanıb.
Bizim.Media