Ceyhun Bayramov: “Azərbaycandakı diplomatik nümayəndəliklərlə bağlı heç vaxt insident olmayıb”

Hazırda oxunan: Ceyhun Bayramov: “Azərbaycandakı diplomatik nümayəndəliklərlə bağlı heç vaxt insident olmayıb”

171184

“Müstəqillik əldə etdikdən bəri Azərbaycanda başqa dövlətlərin diplomatik nümayəndəlikləri ilə bağlı heç bir insident olmayıb, amma Azərbaycanın xaricdəki səfirliklərinə hücumlar edilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Məsələn, son illərdə Livanda erməni diasporunun nümayəndələri tərəfindən səfirliyimizə hücum etmək üçün bir neçə dəfə aqressiv cəhdlər olub. Bu, yeganə hal deyil. Ancaq bir hal istisna olmaqla, bütün bu cəhdlərin qarşısı kifayət qədər peşəkarlıqla alınıb. Təəssüf ki, müxtəlif ölkələrdəki bütün diplomatik nümayəndəliklər haqqında bunu söyləyə bilmərəm”, - o vurğulayıb.

Xarici işlər naziri xatırladıb ki, həmin vaxt Livanda müxtəlif əşyalarla silahlanmış 1000-ə yaxın insan səfirliyə hücum etmək istəyib: 

“Səfirliyin əməkdaşları heç bir fiziki xəsarət almasa da, səfirliyə ziyan dəyib. Livanın hüquq-mühafizə orqanlarının nümayəndələri ilə sıx əməkdaşlıq etdik və buna təhrik edən şəxslərin hər birinin kimliyini müəyyənləşdirdik”.

Mən istəyirəm ki, bu istiqamətdə düzgün yanaşma olsun. Əgər diplomatik missiyanın yerləşdiyi dövlət öz funksiyalarını və Vyana Konvensiyasına əsasən digər ölkəyə səfirlik açarkən verdiyi təminatları yerinə yetirmirsə, heç bir dövlət başqa ölkənin ərazisindəki missiyasının toxunulmazlığına yüz faiz təminat verə bilməz. Biz həmin dövlətlərə bu prinsiplərin qarşılıqlı olduğunu xatırladırıq ki, onlar bu məsələyə ciddi yanaşsınlar. Bu, təbii ki, fəaliyyətimizin vacib tərkib hissəsidir”, - C.Bayramov əlavə edib.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin