Ceyhun Bayramovdan Fransaya SƏRT MESAJ: “Biz faktlarla hərəkət edirik, onlar isə…” - VİDEO

Hazırda oxunan: Ceyhun Bayramovdan Fransaya SƏRT MESAJ: “Biz faktlarla hərəkət edirik, onlar isə…” - VİDEO

171163

“Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşını “prsona-non grata” elan edilməzdən əvvəl Fransa səfirliyinə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Fransa tərəfi günahsızlıqlarında əmin idisə, araşdırma apara bilərdilər:

“Ancaq buna getmədilər və səfir XİN-ə dəvət olundu və etiraz səfirə bildirildi.
Bizim iki diplomatımızın “persona-non-grata” elan edilməsinə gəlincə isə, səfirimiz Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb. Orada “qarşılıqlıq” prinsipi əsasında iki diplomatımızın arzuolunmaz şəxs elan olunduğu və 48 saat ərzində ölkəni tərk etməli olduqları bildirilib.

Bizim atdığımız addımla Fransanın addımı arasında böyük fərq var. Biz konkret sübutlarla, faktlarla danışırıq. Hesab edirik ki, Fransa tərəfindən atılan bu əsassız addım, münasibətlərimizdə növbəti səhv bir addım idi”.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin