Fransa Azərbaycanın iki diplomatını "arzuolunmaz şəxs" elan edib

Hazırda oxunan: Fransa Azərbaycanın iki diplomatını "arzuolunmaz şəxs" elan edib

171058

Fransa Azərbaycanın iki diplomatını "persona non-qrata" elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın iki diplomatı Azərbaycanda “persona-non-grata” ELAN EDİLDİ 


Agentliyin məlumatına görə, bu tədbir iki fransız diplomatının dekabrın 26-da Azərbaycandan qovulmasına cavab olaraq görülüb.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edilib ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. 
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin