"Buna danışıqlar demək düzgün olmazdı, sadəcə qısa zaman kəsiyində ayaqüstü söhbət olub".
Bizim.Media xəbər verir ki, bu fikri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərkən səsləndirib.
Onun sözlərinə görə, rəsmi Moskva Bakı və İrəvanın sülh sazişi bağlamaq üçün göstərdiyi siyasi iradəni görür:
"Hazırda tərəflər onun yekunlaşmasına doğru gedir. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir sazişin bağlanması həm iki ölkə, həm də bütün regionda sülhün sabitliyi üçün faydalı olacaq”.
Bizim.Media