"II Qarabağ müharibəsindən və 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun uğurla başa çatdırdığı antiterror tədbirlərindən sonra regionda vəziyyət tamamilə yeni forma alıb, yeni geosiyasi reallıqlar yaranıb. Həmçinin, ölkə daxilində idarəetmənin müxtəlif forması yeni yanaşmalar, fərqli idarəçilik modeli tələb edir. Bundan əlavə, 2024-cü ildə bir sıra ölkələrdə də prezident seçkiləri keçiriləcək ki, bu da ümumi vəziyyətə təsir edə bilər. Bütün bunlar Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini labüd edirdi".
Bizim.Media xəbər verir ki, bu fikirləri “XQ”yə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli dedi.
Ekspert bildirdi ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan dünyanın diqqət mərkəzindədir. Müəyyən mərkəzlərdə ölkəmizlə bağlı xoş olmayan vəziyyət nümayiş olunur. Lakin Azərbaycan hökuməti, onun Lideri İlham Əliyev siyasi gedişləri nəticəsində bütün təhdidləri, neqativ planları pozur. Seçkinin önə çəkilməsi də bir növ xoş olmayan təzyiqlərə sipərdir.
“Növbədənkənar prezident seçkiləri qeyri-müəyyənlikləri aradan qaldırmaqla, ölkəmizin daxili və xarici siyasətinə öz müsbət töhfələrini verəcək. Seçkilərin ardınca müxtəlif sahədə davam edən islahatlar daha da dərinləşdiriləcək, genişləndiriləcək”, - deyə fəlsəfə doktoru qeyd etdi.
M.Məmmədli hesab edir ki, İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi onun haqqıdır və bu da ümumi inkişafımıza təsir edəcək:
“Təkcə onu xatırlatmaq yerinə düşər ki, İlham Əliyev 44 gün ərzində 30 illik işğala son qoymaqla nəinki ölkəmizdə, regionda və hətta dünyada reallığı dəyişə bildi. Təkcə bu, kifayət edir ki, Azərbaycan seçicisi hazırkı Liderini dəstəkləsin. Şübhəsiz ki, bu, belə də olacaq. Nəzərə almaq lazımdır ki, ərazi bütövlüyümüzün təmini məsələnin bitmiş sayılması hesab olunmur. Dünyada və eləcə də regionumuzda gedən mürəkkəb geosiyasi vəziyyətin fonunda suverenliyimizi qoruyub saxlaya biləcək tək Lider elə dərin siyasi biliyə malik olan cənab Prezident İlham Əliyevdir”.
Mətin Məmmədli Prezident İlham Əliyevə alternativ kimisə görmür. İndiki reallıqda İlham Əliyevin seçiləcəyini mövcud vəziyyətin tələbi kimi şərh edir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:55 / 27.12.2023
İndiki reallıqda İlham Əliyevin yenidən seçilməsi mövcud vəziyyətin tələbidir - EKSPERT
Hazırda oxunan: İndiki reallıqda İlham Əliyevin yenidən seçilməsi mövcud vəziyyətin tələbidir - EKSPERT
Hazırda oxunan: İndiki reallıqda İlham Əliyevin yenidən seçilməsi mövcud vəziyyətin tələbidir - EKSPERT
170990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.