Fransaya TARİXİ ZƏRBƏ – DTX fransız casuslarını necə İFŞA ETDİ?

Hazırda oxunan: Fransaya TARİXİ ZƏRBƏ – DTX fransız casuslarını necə İFŞA ETDİ?

170870

Xəbər verdiyimiz kimi, Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Eyni zamanda, 2 fransız diplomatın 48 saat ərzində Azərbaycanı tərk etməsi tələb olunub.

DTX fransız casuslarını necə ifşa etdi?

Fransız diplomatların “persona-non-grata” elan edilməsi bu ölkənin Azərbaycandakı casus şəbəkəsinin ifşası ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın iki diplomatı Azərbaycanda “persona-non-grata” ELAN EDİLDİ 


Xatırladaq ki, ötən həftə Qərb mətbuatında Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunduğu xəbəri yayıldı.

Bu uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə idi. Bunun nəticəsidir ki, Fransa Prezidenti Emanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanılıb.
Fransız diplomatlarının ifşası Fransanın xarici siyasətinin iflası olmaqla yanaşı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin də çox böyük uğurudur. Çünki sözügedən casus şəbəkəsi daha əvvəl bir çox region və Şərqi Avropa ölkələrində də fəaliyyət göstərsə də, ifşa olunmamışdı. Lakin onların Azərbaycanla bağlı planları əvvəlki ölkələrdəki kimi uğur qazanmadı. DTX fransız casuslarını ifşa etməklə tarixi uğura imza atdı və Fransanın dünyadakı olan-qalan imicini də dəfn etdi.

“DTX fransız diplomatlarının əməllərini ifşa etdi”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, bu Azərbaycanın xüsusi xidmət orqanlarının növbəti uğurudur:

“Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları fransız diplomatlarının diplomata yaraşmayan hərəkətlərini üzə çıxarıb, ifşa edib.

Sübut olunub ki, həmin diplomatlar həm beynəlxalq qanunları kobud şəkildə pozub, həm də Azərbaycanın dövlət müstəqiliyinə və ərazi bütövlüyünə zərbə vuracaq əməllərlə məşğul olublar. 

Azərbaycana qarşı təşkil edilən istənilən təxribatçı hərəkətlər dövlətimizin xüsusi xidmət orqanları tərəfindən davamlı şəkildə ifşa edilir və zəruri tədbirlər görülür. Son hadisə də bunun sübutudur”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin