“Nezavisimaya qazeta” Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas hadisəsi HESAB EDİB 

Hazırda oxunan: “Nezavisimaya qazeta” Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas hadisəsi HESAB EDİB 

170850

Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas beş hadisəsindən biri hesab edib. 

Bizim.Media xəbər verir ki, Rusiya nəşri Qarabağ məsələsinin yekun həllini bu siyahıya daxil edib. 

“Azərbaycan Qarabağ məsələsini həll edib. 2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) tarixi başa çatıb. Böyük ölçüdə “ikinci erməni dövləti”nin taleyi 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticələrinə görə həll olunub. Lakin məsələnin yekun həlli üçün daha bir neçə il lazım olub”, - nəşr yazıb. 

“Nezavisimaya qazeta”nın ilin əsas beş hadisəsi siyahısına Vladimir Putinin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürməsini, Rusiya iqtisadiyyatının bənzəri olmayan sanksiyalar şəraitində artmasını, Priqojin üsyanını və Ukrayna əks-hücumunun "Surovikin xətti"ndə tıxanmasını daxil edib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin