Kamran Əliyev İran Baş prokuroru ilə Səfirliyimizə edilən terror hücumunu müzakirə etdi - FOTO

Hazırda oxunan: Kamran Əliyev İran Baş prokuroru ilə Səfirliyimizə edilən terror hücumunu müzakirə etdi - FOTO

170796

Dekabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniş tərkibli görüş keçirilib.

Baş prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə cari ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndiriləməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.

Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin