Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti BƏRPA EDİLİR?

Hazırda oxunan: Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti BƏRPA EDİLİR?

170665

Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. 

Bizim.Media "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani gündəlik mətbuat konfransında danışıb. 

O bildirib ki, Azərbaycan Respublikasının və İran İslam Respublikası baş prokurorları onlayn formatda görüşlərində bu məsələ müzakirə edilib.
"Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib. Biz, iki ölkə arasında münasibətlərin digər sahələrində də yaxşı hadisələrin şahidi olduq. Ticarət sahəsində də yaxşı danışıqlar aparılıb" - Kənani qeyd edib.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin