Hindistan Ermənistanı niyə silahlandırır? – Pakistanlı politoloqlardan ÖZƏL TƏHLİL 

Hazırda oxunan: Hindistan Ermənistanı niyə silahlandırır? – Pakistanlı politoloqlardan ÖZƏL TƏHLİL 

170649

“Bu yaxınlarda Hindistan Ermənistanla müdafiə sazişi imzalayıb. Onlar sazişə əsasən, Ermənistana silah-sursat verirlər. Ermənistanı silahlandırmaqda məqsəd heç də bu ölkənin özünü müdafiə etmək deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Pakistan Gənc Diplomatiya Forumunun təsisçi prezidenti, politoloq Musavar Tanoli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Hindistan Ermənistana hərbi texnika göndərir - VİDEO


“Azərbaycanla Pakistan qardaşdır”

Hindistanla Ermənistan arasındakı isti münasibətlərin pərdəarxası məqamları barədə danışan politoloq, əsas məqsədin Kəşmir mövzusunda Pakistanı dəstəkləyən Azərbaycana qarşı addımların atılması olduğunu deyib:

“Azərbaycan və Pakistan qardaş ölkələrdir. Biz “iki dövlət bir millət” kimiyik. Biz qardaşıq. Biz beynəlxalq forumlarda, xüsusən Qarabağ və Kəşmir məsələsində bir-birimizi dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədə Pakistan və Türkiyə Azərbaycanı dəstəkləyib. Hindistan bunu gördü və hiss etdi ki, əgər Pakistan və Azərbaycan irəliləyirlərsə, niyə Hindistan Ermənistanla münasibətlərini genişləndirməsin? İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanı silahla təmin etməyə başladı. 

Bu yaxınlarda Hindistan Ermənistanla müdafiə sazişi imzalayıb. Onlar sazişə əsasən, Ermənistana silah-sursat verirlər. Ermənistanı silahlandırmaqda məqsəd heç də bu ölkənin özünü müdafiə etmək deyil. Hindistanın bu siyasəti Azərbaycana qarşı yönəlib”, - deyə M.Tanoli bildirib.

“Hindistanın siyasəti Azərbaycan-Pakistan münasibətlərinə qarşı yönəlib”

Hindistanın Pakistana qarşı düşmənçiliyini davam etdirdiyini deyən politoloq, Dehlinin belə addımlarla İslamabada mesaj vermək istədiyini vurğulayıb:

“Hamımız bilirik ki, Ermənistan hər zamana Azərbaycana qarşı düşmən olub. Ermənistanda bəzi qruplar heç vaxt Azərbaycanla sülhün tərəfdarı olmayacaqlar, çünki onlar Azərbaycanın varlığını qəbul etmirlər. 

Şübhəsiz ki, Hindistanın bu davranışları da Pakistan Azərbaycan münasibətlərinə qarşı yönəlib. Çünki Hindistan bizim düşmənimizdir. Pakistan və Hindistan arasında Kəşmir münaqişəsi və bir çox başqa məsələlər var. Ötən il Azərbaycanda Pakistan Silahlı Qüvvələrinin də iştirak etdiyi üç qardaş ölkə hərbi təlimlər keçirdi. Hindistan indi hiss edir ki, Ermənistana silah verməklə onlar balans yaradırlar. Nəhayət, bu, Pakistan-Azərbaycan münasibətlərinə heç bir təsir göstərməyəcək”, - deyə M.Tonali əlavə edib.

“Hindistan Ermənistanı ona görə silahlandırır ki...”

Pakistanlı politoloq Hammad Kakar isə bildirib ki, Hindistanın İrəvana silah tədarükü gəlir əldə etməyə yox, güc göstərməyə hesablanıb: 

“Hindistan həmişə ikiüzlülük edir, onlar Hindistanda müsəlmanlara sırf dinlərinə görə zülm edirlər. Hindistan Ermənistanı ona görə silahla təmin edir ki, bu müharibədə Pakistan Azərbaycanın yanındadır və Pakistan hər forumda Azərbaycanı siyasi cəhətdən dəstəkləyib. 

Hindistan Ermənistana silah verməklə iki ölkə arasında sülhün bərqərar olmasında rol oynamaq əvəzinə bölgədə öz zorakılıq siyasətini nümayiş etdirir. Hindistan günahsız insanların qətli üçün Ermənistanı silahla təmin edir. Bəli, Hindistan sırf Pakistana görə və Azərbaycan xalqının Pakistana olan sevgisinə görə rəsmi Bakıya qarşı siyasət yürüdür”, - deyə H.Kakar bildirib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin