“Brüssel heç vaxt Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Zaxarova: “Sülh müqaviləsinin imzalanma vaxtını Bakı və İrəvan müəyyən etməlidir” - VİDEO
“Qərbin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və normallaşdırılması ilə heç bir əlaqəsi yoxdur, əksinə, onların əsas məqsədi və vəzifəsi anti-Rusiya mövqeyini sərgiləmək cəhdidir.
Çox güman ki, bu, yeni anti-Rusiya mövqe tutmaq, ölkəmizin bilavasitə yaxınlığında baş verən hadisələrə müdaxilə, regionda sülhün təmin olunmasına mane olmaq, Rusiya Federasiyasının iştirakı ilə əldə edilmiş müsbət, konstruktiv və effektiv danışıqların yekunlarını öz xeyirlərinə həll etmək cəhdidir”, - deyə Zaxarova qeyd edib.
Bizim.Media