Prezident və birinci xanım Xocalı rayonunun Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər - FOTO/VİDEO

Hazırda oxunan: Prezident və birinci xanım Xocalı rayonunun Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər - FOTO/VİDEO

169966

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər. 

Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib. 

Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb. 

Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir. 
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin