Aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək. Bəzi ekspertlər bu səfəri Nikolun seçkiqabağı “dəstək yalvarışı”, digərləri isə Zəngəzur dəhlizinin həlli kimi dəyərləndirir.
Mövzunu Vətəndaş və İnkşaf Partiyasının sədri Əli Əliyevlə davam etdirdik.
O, Bizim.Media-ya açıqlamasına “Məni Zəngəzur məsələsi yox, orada olan rusların çıxardığı oyunlar maraqlandırır.
Problem ərazilərdə rus işğalının dayandırılmasından gedir” sözləri ilə başladı. VİP sədri vurğuladı ki, rus ordusu Azərbaycandan çıxmalıdır:
“Bunun başqa həlli yoxdur. 10 noyabr bəyanatından 5 ay vaxt keçib. Əraziyə bir nəfər də olsun azərbaycanlı gedib? Xankəndidə 13 min azərbaycanlı vətəndaş olub. Niyə yerləşdirmirlər?
Əgər o ərazi bizimdirsə, rus dili nə vaxtdan Azərbaycanda dövlət dili elan olunub?”.
Əli Əliyev düşünür ki, ermənilərin ruslarla birgə reallaşdırdığı bütün planlar Azərbaycanın ziyanına olacaq:
“Bu gün Azərbaycan ərazilərində rusların iştirakı ilə erməni dövləti qurulur. Bunu gündəmdə saxlamaq lazımdır. Mənim mövqeyim belədir”.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:45 / 06.04.2021
Əli Əliyev: “Rus dili nə vaxtdan Azərbaycanda dövlət dili elan olunub?”
Hazırda oxunan: Əli Əliyev: “Rus dili nə vaxtdan Azərbaycanda dövlət dili elan olunub?”
Hazırda oxunan: Əli Əliyev: “Rus dili nə vaxtdan Azərbaycanda dövlət dili elan olunub?”
16980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.