Ceyhun Bayramovdan işğaldan azad edilən torpaqlarımızın bərpası ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Ceyhun Bayramovdan işğaldan azad edilən torpaqlarımızın bərpası ilə bağlı AÇIQLAMA

169522

"Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş diplomatiya həftəsi çox önəmli və rəmzi məna daşıyır. Bildiyimiz kimi, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ulu Öndərin həyatı, fəaliyyəti xalqımızın firavanlığına, dövlətçiliyimizin inkişafına həsr olunub. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada Ümummilli Liderin dəst-xəttinin, işlərinin şahidi olmayaq".

Bizim.Media xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 18-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Diplomatiya könüllüləri” üçün diplomatiya həftəsinin açılış mərasimində deyib.

Nazir bildirib ki, ölkəmiz üçün taleyüklü bir zamanda xarici siyasətin formalaşdırılması məhz Ulu Öndər tərəfindən həyata keçirib.

Həmin dövrdə Azərbaycanın xarici siyasət həyata keçirmək mexanizmləri belə yox idi. Bütün bu işləri Ümummilli Lider Heydər Əliyev özü təkbaşına və məhdud sayda olan komandası ilə həyata keçirdi.
“Bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Vətən müharibəsində qazandığımız Qələbə və sentyabrın 19-da həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bu, tarixi ədalətin, beynəlxalq hüququn bərqərar olunması ilə yanaşı, xarici siyasət sahəsində də yeni üfüqlərin açılması baxımından imkanlar yaradır. Bu gün ölkəmizin qarşında duran ən ümdə prioritet işğaldan azad edilmiş torpaqlarımızın bərpası, inkişafıdır”, - deyə Ceyhun Bayramov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin