Ermənilər "İskəndər-M" raketinə 5 ildir nəzarət edir? Kremlin ixrac qadağası... - Eldar Namazovdan ŞƏRH

Hazırda oxunan: Ermənilər "İskəndər-M" raketinə 5 ildir nəzarət edir? Kremlin ixrac qadağası... - Eldar Namazovdan ŞƏRH

16935

"Şuşada tapılan İskəndər-M raketi eksport variantı yox, real döyüş üçün nəzərdə tutulan ballistik silahdır. Bu raketin digər dövlətlərə satışı beynəlxalq razılaşmalarla qadağan olunub. Buna görə də Rusiya iddia edir ki, Ermənistana raketin yalnız eksport variantını verib. 

Guya bu metodla Kreml beynəlxalq hüquq normalarını pozmayıb. Amma Şuşada tapılan İskəndər növü ixrac üçün nəzərdə tutulmayan raketdir. Bütün qalmaqal da məhz bu reallığın ətrafında dolaşır".

Bizim.Media xəbər verir ki, bu sözləri "YouTube" kanallarının birində müsahibədəykən politoloq Eldar Namazov açıqlayıb.

Politoloq əlavə edib ki, buna təəccüblənmirəm:

"Çünki ermənilərin bu raketə nəzarət etdiyi barədə söz-söhbət hələ 2016-cı ildə "İskəndər-M"in paradda (Ermənistan) təqdimatı zamanı dolaşırdı. Həm də deyilirdi ki, Rusiyanın Gümrüdəki hərbi bazasına ermənilərin giriş imkanı yoxdur. 

II Qarabağ savaşı zamanı ermənilərin bu raketdən istifadəsini təsdiqləyən məlumat yox idi.

Lakin üçtərəfli razılaşmanın (10 noyabr) imzalanmasından bir gün sonra ABŞ nəşrlərindən biri video da bölüşərək məqalə yazdı ki, Ermənistan müharibənin son günləri İskəndər raketlərindən istifadə edib. Sözügedən görüntülərə baxanda raketlərin həqiqətən də İskəndər-M olduğunu gördüm. 

Sonra bu barədə İrəvanın eks və hazırki ali vəzifəliləri də danışdı. General Akopyan, Serj Sarqsyan və nəhayət Nikol Paşinyan da bu barədə bəhs etdiyinə görə ermənilərin İskəndər raketindən istifadəsində qeyri-adi heç nə görmürəm. 

Yeni xəbər isə bundan ibarətdir ki, həmin İskəndər-M eksport növü deyil. Yəni, bu raketlərin Ermənistanda olması qadağandır. Çünki beynəlxalq hüquqa görə Moskvanın buna icazəsi yoxdur".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin