Kremlin GİZLİ GÜCÜ – Qərbin Rusiyanı çökdürə bilməməsinin ƏSL SƏBƏBİ

Hazırda oxunan: Kremlin GİZLİ GÜCÜ – Qərbin Rusiyanı çökdürə bilməməsinin ƏSL SƏBƏBİ

169205

2022-ci il fevralın 24-dən başlayan Ukrayna-Rusiya müharibəsi hələ də gərgin fonda davam edir. Bu müddətdə istər Qərb, istərsə də ABŞ tərəfindən Rusiyaya sanksiyalar tətbiq olundu. 
Rusiyalı milyonçuların Avropa banklarındakı əmanətləri donduruldu. Ukraynaya bir çox Avropa ölkəsindən həm pul, həm də silah yardımı edildi. Ancaq çoxsaylı qadağalara, sanksiyalara baxmayaraq, Rusiya çökmədi və hələ də müharibəni davam etdirir. 

Maraqlıdır, Rusiya bu gücü haradan alır?

Politoloq İlqar Vəlizadə mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, məsələni belə izah edib: 

“Ölkələrin ərazisi nə qədər böyükdürsə, insan potensialı nə qədər çoxdursa, bir o qədər xaricdən təsir edən faktorlara davamlı olurlar. 

Bu ölkə dünyanın əsas kənd təsərrüfatı mallarının istehsalçıdır. Həmçinin iri enerji istehsalçıdır. Böyük xammal bazası var. Bunlar Rusiyanın rəqabət üstünlüyüdür. Sözügedən ölkə öz avtomobillərini, təyyarələrini istehsal edir. Dünən Putin bu barədə danışarkən qeyd etdi ki, 2030-cu ilə qədər 1000 ədəd təyyarə istehsal ediləcək. Bundan əlavə, Rusiyanın geniş xarici ticarət şəbəkəsi var. Bir çox bazarlarda hərbi texnika baxımından aparıcı rol oynayır”. 

“Rusiyanı dünyadan təcrid etmək mümkün deyil”

Politoloq bildirib ki, Rusiyanın iqtisadiyyatını dünya iqtisadiyyatından təcrid etmək mümkün deyil: 

“Dünyada hazırda 25 irimiqyaslı atom elektrik stansiyası layihələri həyata keçirilir. Bu layihələrin 22-nə Rusiya icra edir. Bu, ondan xəbər verir ki, ölkənin böyük potensialı var. Avropa bazarlarında Rusiyanın qazının, neftinin mühüm payı var. Buna görə də iqtisadi potensialını 1 il ərzində çökdürmək mümkün deyil. Ciddi adamlar bunu düşünə bilməz. Rusiya bu müharibəyə davamlıdır. Müharibə Ukraynanın ərazisində gedir. Əsas itkilər Ukraynada tərəfdəndir. 

Dünən Putin dedi ki, Rusiyanın təxminən 675 min hərbçisi Ukraynada döyüşür. Ukrayna ordusunun orta yaş səviyyəsi 35-40 yaşdır.

Bu, o deməkdir ki, gənclər orduya getmir. Çünki ordudan qaçırlar. Ukraynanın ümumi daxili məhsulu 133 milyard, ümumi borcu isə təxminən 130 milyard dollardır. Ukraynanın artan borcu təxminən ümumi daxili məhsulu ilə bərabərdir. Bu borcları kim qaytaracaq, necə qaytaracaq?...

Hazırda Rusiyanın iqtisadiyyatı 3,5 faiz yüksəlib. Bunlar real faktlardır, bu faktlarla hesablaşmaq və nəticə çıxarmaq lazımdır”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin