“İcbari tibbi sığortadan istifadə edənlərin sayı 30 faiz artıb” – Zaur Əliyev 

Hazırda oxunan: “İcbari tibbi sığortadan istifadə edənlərin sayı 30 faiz artıb” – Zaur Əliyev 

168956

"İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinin 3-cü ilinə yaxınlaşırıq. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə Agentlik tərəfindən davamlı tədbirlər görülür.

Göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə vətəndaşların sığortadan istifadəsi artan xəttlə davam edir. Ötən illə nisbətdə xidmət sayında bu ilin 10 ayı ərzində 30% artım müşahidə olunub. (ambulator tibbi xidmət – 87% , stasionar tibbi xidmət – 13%)".

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, 1 pasiyentə düşən xidmət sayında və 1 pasiyentə düşən müraciət sayında müvafiq olaraq 1.5 və 1.1 dəfə artım olub: 

"Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə gəlir ki, bu da həkim baxışı, qəbuludur. Daha sonra endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri və qan dövranı sistemi xəstəlikləri".

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin