Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azadlıq” radiosunda 2023-cü ilin dekabrın 12-də yayımlanmış müsahibəsində etnik və dini əsasda ayrı-seçkiliyə yol verib. Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qərbi Azərbaycan İcması xatırladıb ki, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən, şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb.
“Avropa İttifaqının bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir.
Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrı-seçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır”, - deyə bəyanatda vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:43 / 13.12.2023
Avropa İttifaqı etnik ayrı-seçkilik siyasətinə son verməlidir - BƏYANAT
Hazırda oxunan: Avropa İttifaqı etnik ayrı-seçkilik siyasətinə son verməlidir - BƏYANAT
Hazırda oxunan: Avropa İttifaqı etnik ayrı-seçkilik siyasətinə son verməlidir - BƏYANAT
168787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.