Cozep Borrelin anti-Azərbaycan bəyanatları bütün Avropa İttifaqının mövqeyini əks etdirmir.
Bizim.Media xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Marton Dendeşi “Qlobal diskussiya” müəllif proqramında Anastasiya Lavrina ilə müsahibəsində deyib.
O, qeyd edib ki, 30 ilə yaxındır ki, Qarabağ münaqişəsi ətrafında baş verənləri diqqətlə izləyir, dezinformasiyanı həqiqətdən ayırmağa çalışır.
“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qəbul etdiyi qətnamələr nəhayət icra olundu, Azərbaycan öz ərazilərini azad etdi. İndi əsas suallar budur: Regionda uzunmüddətli sülhü necə bərqərar etmək olar? Aİ indi hansı rolu oynaya bilər? Aİ Cənubi Qafqazda yeni reallığı tanımalıdır”, - M. Dendeşi vurğulayıb.
Təfərrüatlar videomaterialda:
Bizim.Media