"Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz elə bu cür də çalışmağa davam edəcəyik".
Bizim.Media xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü olub - FOTO
"İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər.
Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik.
Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu”, - R.Radev bildirib.
Bizim.Media