''Azərbaycana dəstək verməyə davam edəcəyik'' - BMT nümayəndəsi

Hazırda oxunan: ''Azərbaycana dəstək verməyə davam edəcəyik'' - BMT nümayəndəsi

16835

''Mina hər kəs üçün təhlükəlidir və bu təhlükəni aradan qaldırmaq üçün birlikdə çalışmalıyıq''.

Bizim.Media xəbər verir ki, bunu  BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minalardan Təmizlənməyə Kömək Gününə həsr olunmuş tədbirdə deyib.

Ç.Bist, BMT-nin Azərbaycanla uzun illərdir minaların təmizlənməsi sahəsində əməkdaşlıq etdiyini söyləyib:

“Ümid edirik ki, hökumət, BMT agentlikləri və digər minalardan təmizlənmə təşkilatları arasında əməkdaşlıq davam edəcəkdir. Ötən illər ərzində ANAMA ilə səmərəli əməkdaşlıq etdik və Azərbaycana texniki məsələlər, avadanlıq və digər sahələrdə dəstək verməyə davam edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin