“ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildən, müstəqillik qazanandan bəri dəstəkləyir. Biz 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olmuşuq. Ümid edirəm ki, biz bu regionda olduğumuz müddətdə davamlı sülh üçün çalışıb, Azərbaycanın daha da inkişaf etdiyini, regionda və dünyada mühüm rol oynamağa davam etdiyinin şahidi olacağıq”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi videomüraciətində deyib.
Səfir bildirib ki, Bakını gəzmək, onun əzəmətli yerlərini, tarixi keçmişi olan İçərişəhəri, Heydər Əliyev Mərkəzinin gözəl memarlığını görmək şansı olub:
“ABŞ-ın Azərbaycandakı 11-ci səfiri kimi fəalliyyət göstərməyə başlamağı səbirsizliklə gözləyirəm. Mən bu yerləri daha yaxından tanımağa, daha çox yerlər görməyi və milli təamlar dadmağı arzu edirəm. Artıq, dadlı Azərbaycan dolmasını və plovunu dadmışam. Xahiş edirəm başqa dadlı Azərbaycan yeməklərini mənə məsləhət görün. Azərbaycanı yaxından tanımaq üçün təkliflərinizi gözləyirəm".
- A-
- A
- A+
Siyasət
17:16 / 09.12.2023
ABŞ-ın yeni səfiri: "Bu regionda davamlı sülh üçün çalışacağıq" - VİDEO
Hazırda oxunan: ABŞ-ın yeni səfiri: "Bu regionda davamlı sülh üçün çalışacağıq" - VİDEO
Hazırda oxunan: ABŞ-ın yeni səfiri: "Bu regionda davamlı sülh üçün çalışacağıq" - VİDEO
168255
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.