İlqar Məmmədovdan sərt icmarıc - “Saxtakarlar, yaramazlar dəstəsi…”

Hazırda oxunan: İlqar Məmmədovdan sərt icmarıc - “Saxtakarlar, yaramazlar dəstəsi…”

16808

“Uşaqpulu mövzusunu indiyədək Azərbaycan siyasətində o qədər ucuzlaşdırıblar ki, REAL bu məsələyə toxunanda mövzu partladı və yeni keyfiyyət aldı”.

Bizim.Media xəbər  verir ki, bunu Respublikaçı Alternativ Partiyasının  (REAL) sədri İlqar Məmmədov feysbuk hesabında video paylaşımda deyib.

REAL sədri bildirib ki, indiyədək siyasi liderlər problemi tez-tez qaldırsalar da məsələyə müəyyən məzmun verə bilməyiblər: 

 

MÖVZU İLƏ BAĞLI:

İlqar Məmmədovdan ''uşaqpulu'' qalmaqalı - Birinci uşağa görə dövlət yardım etməməlidir


“Mövzu ətrafında səs-küy qaldıraraq hansısa kirli siyasi məqsədlərinə çatmaq istəyiblər. Kirli siyasi məqsəd nədir?  Azərbaycan xalqını aldatmaq, onun rəyini çaşdırmaq, təsəvvürlərini korlamaq, ölkədə siyasi müzakirələri elə səmtə yönəltmək ki, onlardan ancaq bəsit və dar düşüncəli siyasi xadimlər bəhrələnə bilsin. Azərbaycan xalqı isə bundan heç nə qazana bilməsin”.

İ.Məmmədovun sözlərinə görə, siyasi təmsilçilər illərdir  bu yanşama ilə ictimaiyyəti çaşdrımağa çalışıblar.  İctimai müzakirələri debilləşdiriblər. 

O, bildirib ki, REAL bu yanaşmanı qıraraq yeni təşəbbüslə çıxış edib.  Partiya olaraq, ilk dəfə biz ortaya konkret rəqəm qoyduq,  yeni sxem tərtib edb. 

Partiya rəhbərinin fikrincə, bəzi siyasi təmsilçilər REAL-ın təşəbbüsünü təhrif edrək, insanlar arasında təbliğata başlayıblar:  

“Bizim baxışlarımızı təhrif edərək çatdırdılar ki, guya REAL belə bir təklifin əleyhinədir. Təhqirə keçirlər. Həmən saxtakarlar, yaramazlar dəstəsi Erkin Qədirlinin dediklərini təhrif edərək insanlar arasında qaraguruh təbliğata başlayır".

"Biz sizin yalanlarınızı ifşa edəcəyik.  Başqa bir şəxsin mövqeyini təhrif edirsənsə sən saxtakarsan!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin