Separatçı rejimin ləğvi ilə sülh müqaviləsi qarşısındakı əngəl aradan qaldırıldı - Metyu Brayza

Hazırda oxunan: Separatçı rejimin ləğvi ilə sülh müqaviləsi qarşısındakı əngəl aradan qaldırıldı - Metyu Brayza

167992

Azərbaycanın Qarabağ bölgəsindən erməni qoşunlarının çıxarılması və separatçı rejimin ləğv edilməsi ilə sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza “X” sosial şəbəkə hesabında yazıb.

“Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının və separatçı siyasi hakimiyyətin sonu həm Ermənistanın Baş naziri Paşinyan, həm də Azərbaycan Prezidenti Əliyev tərəfindən sülh müqaviləsi qarşısında duran sonuncu maneəni aradan qaldırdı”, – deyə diplomat vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin