Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakı ilə İrəvan arasında əldə olunmuş qarşılıqlı hərbi qulluqçuların azad edilməsi ilə bağlı razılığı şərh edib.
Bizim.Media xəbər verir ki, səfir bu barədə özünün “X” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama YAYIB
“Biz hər iki ölkə arasında ədalətli və davamlı sülh yolunda mühüm inam yaradan Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq. Almaniya və Avropa İttifaqı bu prosesi dəstəkləyib və bunu davam etdirməyə hazırdır”, – deyə alman diplomat qeyd edib.
Bizim.Media