Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ş.Mişel özünün “X” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama YAYIB
“Ermənistan-Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi, bunu alqışlayırıq. Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq.
Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.
İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – deyə Aİ rəsmisi qeyd edib.
Bizim.Media