Prezident İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayarkən maraqlı fikirlər səsləndirib. Dövlət başçısı bu barədə ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışında bildirib.
“Mən çox təəccübləndim, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən məni evləndirdilər.Bunu necə etmək olar?Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmamışam” - İlham Əliyev qeyd edib.
Bəs, Qərbin bu cür ikiüzlü siyasətinin arxasında hansı səbəblər dayanır?
Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb. O bildirib ki, beynəlxalq münasibətlər sistemində bəzən kollektiv Qərbin davranışları o qədər amiranə olur ki, izahını tapmaq belə çətinləşir:
“Bu, Qərb imperializminin özünü dünyanın sahibi kimi hiss etməsindən irəli gəlir. Qarşılıqlı münasibətlərdə öz dövlətinin, xalqının milli iradəsini təmsil edən ölkələri qəbul etmək istəmirlər. Amma dünya dəyişib və milli dövlətlərin öz müstəqillikləri ilə uğrunda mübarizəsi beynəlxalq münasibətlər sistemində yeni bir tendensiya yaradıb.
Azərbaycan da bu prosesdə ən öndə gedən ölkədir. Amma buna baxmayaraq, Qranadada Azərbaycanın iştirakı olmadan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı qətnamənin qəbul edilməsi beynəlxalq münasibətlərdəki bəzi kollektiv aktorların özbaşına davranışının bariz göstəricisidir. Azərbaycan Prezidenti ADA universitetində keçirilən beynəlxalq konfransda məhz bu məsələyə toxundu. Dövlət başçımız kollektiv Qərbin bu davranışlarını ifşa etdi”.
Deputat qeyd edib ki, hər hansısa bir qətnamənin qəbulu ilə bağlı tərəflərdən birinin iştirakı və xəbəri olmadan qərar qəbul edilməsi birbaşa hüququn saxtalaşdırılmasıdır:
“Qranada hadisəsində biz beynəlxalq hüququn saxtalaşdırılmasına şahid olduq. Bu hadisə gülüş doğurur. Qranada qətnaməsinə səs verən hər bir ölkə özünün beynəlxalq hüquqa hörmətsizliyini göstərmiş oldu. Eyni zamanda imperialist niyyətlərini açıq ortaya qoydular. Dünyada bərabərtərəfli əməkdaşlıq etməyin vaxtı çatıb”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:00 / 07.12.2023
“Qranada qətnaməsinə imza atanlar beynəlxalq hüququ saxtalaşdırıblar” – ŞƏRH
Hazırda oxunan: “Qranada qətnaməsinə imza atanlar beynəlxalq hüququ saxtalaşdırıblar” – ŞƏRH
Hazırda oxunan: “Qranada qətnaməsinə imza atanlar beynəlxalq hüququ saxtalaşdırıblar” – ŞƏRH
167908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.